Rusiya XİN rəhbəri: Qərb Fələstin dövləti yaratmaq istəmir

Qərb Fələstin dövləti yaratmaq istəmir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “Hökumət Saatı”ndakı çıxışında bildirib.

Onun sözlərinə əsasən, Rusiya Yaxın Şərq nizamlanması üzrə İsrailin təhlükəsizliyini pozan və Fələstinin yaradılmasını nəzərdə tutmayan razılaşmalara razı olmayacaq.

“Moskva ərəb ölkələri ilə təmasda hər zaman deyir ki, İsrailin təhlükəsizliyi üçün risk yaratmaq olmaz. Görünür, Qərb Fələstin dövləti yaratmaq istəmir”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrov, həmçinin bildirib ki, həll edilməmiş Fələstin problemi Qəzzada ekstremist meylləri artırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir