Rusiya XİN Paşinyanın hücum etməmək paktı barədə Azərbaycana təklifinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, eləcə də hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirib.

 

Azinformasiya.az xəbər verir ki, Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların icra olunmasıdır:

“Biz əminik ki, Cənubi Qafqazda sabitliyin, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı üçtərəfli razılaşmaların tez bir zamanda ən yüksək səviyyədə həyata keçirilməsidir”.

O vurğulayıb ki, bu, Bakı ilə İrəvanın barışmasının alternativsiz yol xəritəsidir. Buraya sülh müqaviləsinin hazırlanması da daxildir.

Xatırladaq ki, 28 yanvar tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan ordu günü ilə bağlı çıxışı zamanı, Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, o cümlədən hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir