“Estoniyanın daxili işlər nazirinin Rus Pravoslav Kilsəsi ilə bağlı açıqlaması onun psixikasındakı ciddi problemlərin göstəricisidir”.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, eyni zamanda estoniyalı naziri məntiqsizlikdə də ittiham edib.
Xatırladaq ki, bir qədər əvvəl Estoniyanın daxili işlər naziri Lauri Lyaenemets Rus Pravoslav Kilsəsinin terror təşkilatı elan olunmasını təklif edib. Nazir əlavə edib ki, bu məsələ ölkə ərazisindəki pravoslavlara təsir etməyəcək.
Azinformasiya.az