Rusiya XİN başçısı: İranın nüvə silahı yoxdur

İranın nüvə silahı yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, İranın nüvə silahının olmadığını Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də təsdiqləyir.

Lavrov, həmçinin İsraillə İran arasında yaşanan son gərginlikdən, Tehran və Təl-Əvivin qarşılıqlı raket-dron hücumları barədə danışıb. Qeyd edib ki, Rusiya diplomatik kanallarla İsrailə İran eskalasiyanı istəmədiyini çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir