Rusiya vətəndaşı Zaqatalada bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Zaqatalada 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə səhər saatlarında rayonun Mamrux kəndində qeydə alınıb. İlkin məlumata əsasən, Rusiya Fedarasiyası vətəndaşı, Murmansk vilayətində yaşayan, əslən Mamrux kəndindən olan 1968-ci il təvəllüdlü Akif Muradəli oğlu Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşınının təkəri altına düşüb.

Hadisə zamanı ağır xəsarətlər alan A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. A. Qurbanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir