Rusiya və İran XİN rəhbərləri Yəməni müzakirə edib

Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az Rusiya XİN-ə istinadən xəbər verir ki, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi bir qrup ölkənin Yəmənə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyiblər.

XİN rəhbərləri yeni dövlətlərarası sazişin hazırlanmasının gedişatını və ticarət-iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələlərini müzakirə ediblər.

Yaxın Şərqdə gərginliyin artmasına xüsusi diqqət yetirilib. XİN rəhbərləri ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi bir qrup ölkənin Yəmən ərazisində törətdiyi kütləvi zərbələri qətiyyətlə pisləyiblər. Nazirlər Qəzza zolağında dərhal atəşkəs əldə etməyə və zərər çəkmiş mülki əhaliyə təcili yardım göstərmək üçün anklava maneəsiz humanitar çıxışın təmin edilməsinə çağırıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir