Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.
Azinformasiya.az xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin “Telegram” hesabında məlumat verib.
Onun sözlərinə əsasən, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.
Ən azı 9 nəfər ölüb, 24 nəfərin yaralandığı bildirilir.
Azinformasiya.az