Oğuzda 28 yaşlı kişinin meyiti tapılıb

Oğuzda 28 yaşlı kişinin meyiti yaşadığı ünvanda tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Ərmənət kəndində qeydə alınıb.

Kənd sakini 28 yaşlı Coşqun Babayevin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar olunub. Onun ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir