Rusiya Ukraynanın Çerniqov vilayətinə dronla hücum edib, yeniyetmə ölüb, 4 yaralı var

Rusiya ordusu gecə saatlarında Ukraynanın Çerniqov şəhərinə “Şahed” pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib.

 

Azinformasiya.az  UNİAN-a istinadən xəbər verir ki , şəhərdə ciddi dağıntılar var. Həmçinin ölən və yaralananlar olduğu bildirilir.

Çerniqov Şəhər Hərbi Administrasiyasının rəhbəri Dmitri Brıjinskinin məlumatına görə, dronlarla kütləvi hücumun nəticəsində iki evdə yanğın baş verib və bir təhsil müəssisəsinə ziyan dəyib və 16 yaşlı yeniyetmənin öldüyü qeyd olunub. Dörd nəfər yaralanıb, onlardan üç qadındır biri kişi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir