Rusiya ordusu Kiyevdə “Flamingo” raketləri istehsal edən müəssisəni vurub

Rusiya ordusu Ukraynanın Odessa şəhərində enerji obyektlərinə zərbə endirib.

 

Azinformasiya.az  xəbər verir ki, nəticədə istilik elektrik stansiyası və üç elektrik yarımstansiyası zədələnib.

Bundan başqa, Odessa limanında Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikası üçün 16 saxlama yeri və altı yanacaq-sürtkü çəni zədələnib.

Bildirilib ki, Kiyevdə “Flamingo” raket komponentləri istehsal edən “Fire Point” zavodu da hədəf alınıb.

Çernomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş hərbi texnikanın saxlandığı iki anbar da vurulub.

Rusiya ordusu “Hornet” də daxil olmaqla, pilotsuz uçuş aparatlarının çatdırılması və idarə olunması üçün aerostatlar istehsal edən “Aerobavovna” zavoduna raket zərbəsi endirib.

Hərbi yüklər üçün əsas lokomotiv xidmət məntəqəsi olan Kiyevdəki “Darnitsa” deposu zədələnib.

Rusiya ordusu, eyni zamanda, Çornomorsk limanındakı Ukrayna Silahlı Qüvvələrinin anbarlarına zərbələr endirib.

Kiyev vilayətinin Xotiv şəhərində pilotsuz qayıqların yığılması, təchiz edilməsi və saxlanması üçün emalatxanaya zərbə endirilib.

Eyni zamanda Rusiya MN Borispolda Ukrayna Silahlı Qüvvələrinə yanacaq və sürtkü yağları tədarük edən neft anbarına zərbə endirildiyi barədə məlumat yayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir