Rusiya Odessaya kütləvi zərbə endirib, şəhər işıqsız və susuz qalıb

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə pilotsuz uçuş aparatları və raketlərlə kütləvi hücum edib.

 

Azinformasiya.az  UNİAN-a istinadən xəbər verir ki, bir neçə saat davam edən hücum nəticəsində şəhərin müxtəlif rayonlarında yaşayış evlərinə və infrastruktura ziyan dəyib, avtomobillər yanıb.

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak ilkin məlumata görə, 6 nəfərin yaralandığını bildirib.

Hücum zamanı şəhərin bəzi ərazilərində elektrik enerjisi və su təchizatı kəsilib. Zərbələr nəticəsində yanğınların baş verdiyi də bildirilir.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir