Rusiya MN: İl-76 təyyarəsi Xarkov vilayətindən atılan raketlə vurulub

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna silahlı qüvvələri tərəfindən Xarkov vilayəti ərazisindən vurulduğunu açıqlayıb.

 

Azinformasiya.az xəbər verir ki, Rusiya MN-nin məlumatında təyarənin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Liptsi yaşayış məntəqəsində yerləşən zenit-raket sistemindən istifadə edilərək vurulduğu qeyd olunub.

Qeyd edək ki, bu gün Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, qəzaya uğrayan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir