Rubio: ABŞ və İran arasında razılaşma perspektivləri var

Biz hazırda İranla danışıqlar aparırıq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Rubionun sözlərinə əsasən, o, ABŞ və İran arasında razılaşmanın imzalanmasına zəmanət verə bilməz, ancaq onun yekunlaşdırılması üçün perspektivlər görür.

“Qarşımızda perspektivlər var. Bu, bu gün baş verə bilər, sabah və ya gələn həftə baş verə bilər”, – ABŞ dövlət katibi vurğulayıb.

O, həmçinin qeyd edib ki, İran nüvə proqramı üzrə əvvəllər danışıqlarda toxunmaqdan imtina etdiyi aspektləri müzakirə etməyə razı ola bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir