Rostovda güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 14 nəfər xəsarət alıb

Rusiyanın Rostov-na-Donu şəhərində baş verən güclü qasırğa ağır fəsadlara səbəb olub.

 

Azinformasiya.az  xəbər verir ki, şəhər meri Aleksandr Skryabinin verdiyi məlumata əsasən, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qasırğa və leysan yağışları Rostov vilayətinin bir sıra şəhərlərində infrastrukturun işini iflic edib. Rostov-na-Donu, Azov, Bataysk, Taqanroq və Şaxtı şəhərlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Novoçerkasskda isə su təchizatında problemlər qeydə alınıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir