Roma Papası: Miqrant ölümləri insanlığımızın açıq yarasıdır

Papa Fransisk Müqəddəs Pyotr meydanında yenidən Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə getməyə çalışan miqrantlar mövzusuna toxunub.

 

Azinformasiya.az xəbər verir ki, o, bunu ənənəvi bazar günü xütbəsinin sonunda deyib.

“Bir neçə gün öncə Aralıq dənizində daha bir faciəli gəmi qəzası baş verdi: 41 nəfər öldü. Onlar üçün dua etdim. Acı və utancla demək lazımdır ki, ilin başlanğıcından indiyə kimi 2 minə yaxın kişi, qadın və uşaq həlak olub bu dənizdə. Onlar Avropaya çatmağa çalışırdılar. Bu, bizim insanlığımızın açıq yarasıdır”, – Papa Fransisk diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, o, “bu yaranın” həmrəylik və qardaşlıq ruhunda sağalması üçün siyasi və diplomatik səyləri, habelə gəmi qəzalarının qarşısını almaq və miqrantları xilas etmək üçün çalışan bütün şəxslərin öhdəliyini dəstəkləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir