Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

“Mercedes” markalı minik maşını ilə yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan 2 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir