Roma Papası Azərbaycan və Ermənistan arasında sülh üçün dua edib

Roma Papası Fransisk ənənəvi Milad günü mesajında Azərbaycan və Ermənistana sülh və barışıq arzulayıb.

 

Azinformasiya.az “Vatican News”a istinadən xəbər verir ki, Milad Günü münasibətilə ilə Müqəddəs Pyotr Meydanına toplaşmış kütlə qarşısında çıxış edən Papa Fransisk Azərbaycan və Ermənistan üçün dua edib.

“Qoy Ermənistan və Azərbaycan qəti sülhə daha da yaxınlaşsınlar”, – deyə Papa dua edib.

Papa Fransisk, eyni zamanda İsrail və Fələstin arasında müharibənin bitməsi üçün dua edib.

“O, Qəzza sakinlərinə və bütün bölgəyə, xüsusilə də xristian icmalarına təsəlli verib”, – məlumatda əks olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir