Qurbanqulu Berdiməhəmmədov: “Ölkələrimiz arasında səmərəli qarşılıqlı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib”

“Bunu qeyd etmək fərəh doğurur ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, dostluq və etimad prinsiplərinə əsaslanan ənənəvi qardaşlıq münasibətləri müasir dövrdə ən geniş istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında səmərəli qarşılıqlı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib”.

AZİNFORMASİYA.AZ xəbər verir ki, bu fikirlər Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

“Türkmənistan bizim tərəfdaşlığımızın mövcud böyük potensialını reallaşdırmaq məqsədilə bundan sonra da qardaş Azərbaycan ilə məzmunlu və yüksək dərəcədə etimada əsaslanan dialoq aparmaq niyyətindədir. Qəti əminəm ki, strateji xarakter daşıyan Türkmənistan-Azərbaycan münasibətləri birgə səylərimizlə qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcək”, – məktubda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir