Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə iyunun 10-da Cağacuq kəndində qeydə alınıb. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evdə işləyərkən ehtiyatsızlıqdan laqunda ilə ayaq nahiyəsinə xəsarət yetirib. O, xəstəxanaya aparılarkən qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az