Qırğızıstan Prezidenti: COP29-un Azərbaycanda keçirilməsi həqiqətən də mühüm hadisədir

Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi ölkə seçilməsi münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

 

Azinformasiya.az xəbər verir ki, bununla bağlı fikirlərini o, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə mətbuata bəyanatında səsləndirib.

“Bu, həqiqətən də mühüm hadisədir və biz çox şadıq ki, qardaş ölkə belə böyük tədbirə ev sahibliyi edir”, – Sadır Japarov qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir