Qazaxıstanda yaşayış binasında qaz balonu partlayıb, 4 nəfər ölüb

Qazaxıstanın Mangistau vilayətinin Janaozen şəhərində ikimərtəbəli yaşayış binasında qaz balonunun partlaması nəticəsində 4 nəfər ölüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN mətbuat xidməti məlumat yayıb.

Partlayış 12 mənzilli ikimərtəbəli yaşayış binasında olub, hadisə nəticəsində yanğın baş verməyib, lakin 150 kv.m. ərazi dağılıb.

Hadisə yerində aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından dörd yaralı və dörd ölü çıxarılıb.

Ümumilikdə 6 nəfər xəstəxanaya yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir