Qazaxıstanda yanğında 5 uşaq ölüb.
Azinformasiya.az “Sputnik Kazakhstan”a istinadən xəbər verir ki, səhər saatlarında Kostanay bölgəsindəki evdə yanğın baş verib, nəticədə yaşayış sahəsinin dam örtüyü uçub.
Dağıntılar altından 2016, 2018, 2019, 2022 və 2023-cü il təvəllüdlü 5 uşağın meyiti aşkarlanıb.
İlkin məlumata əsasən, uşaqların anası evdə olmayıb, onun həyat yoldaşının isə həbsdə olduğu bildirilir.
Azinformasiya.az