Qazaxıstan Prezidenti Rusiyaya səfər edib

Qazaxıstan Prezidenti Vladimir Putinlə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidentinə Kazanı ziyarət etmək dəvətinə görə təşəkkürünü bildirərək “Gələcəyin oyunu”nun birinci Beynəlxalq turnirinin unikal xarakterli olduğunu qeyd edib. Bildirib ki, Qazaxıstan Rusiyaya güclü komanda ilə gəlib və müəyyən müsbət nəticələrə ümid edir. Rusiya Federasiyasının təşəbbüsünü davam etdirmək üçün növbəti “gələcək oyunları”nın Qazaxıstanda keçirilməsi arzuolunandır.

Kasım-Jomart Tokayev Qazaxıstan və Rusiya arasında ikitərəfli münasibətlərin müsbət dinamikasını da vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir