Qazaxda avtomobil yanıb

Qazaxda yanğın hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Qazax şəhərinin mərkəzi küçələrinin birində baş verib. Belə ki, yolun kənarında hərəkətsiz vəziyyətdə olan “Mercedes” markalı minik maşının mühərrik hissəsi anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşının qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir