Qazaxda 41 yaşlı kişi bıçaqlanıb

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə N.Nərimanov küçəsi 1 ünvanda yerləşən “Qazax Mal Bazarı” adlanan heyvan bazarında qeydə alınıb.

1982-ci il təvəllüdlü Qədiməliyev Namaz Razim oğlu şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən bıçaqla 1981-ci il təvəllüdlü Nəbiyev Adil Nəbi oğluna xəsarət yetirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qədiməliyev Namaz Razim oğlu Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir