Qaxda yol qəzası olub, xəsarət alan var

Qaxda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Qorağan-Qax avtomobil yolunda, Alatəmir kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, “QAZel” markalı xırda tutumlu yük maşını minik avtomobili ilə toqquşub, daha sonra aşıb.

“QAZel”in sürücüsü 1981-ci il təvəllüdlü Qəbələ rayon sakini Kamran Əzizov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir