Qaribaşvili sabah Çinə işgüzar səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Çinə işgüzar səfərə gedəcək.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, Qaribaşvili Çenqduda keçiriləcək 31-ci FISU Dünya Yay Universitet Oyunlarının açılış mərasimində iştirak edəcək. Yarışlarda Gürcüstandan 50 tələbənin iştirak etdiyi qeyd olunub.

Məlumata əsasən, açılışdan sonra İrakli Qaribaşvili Pekinə gedəcək və orada yüksək səviyyəli, ikitərəfli görüşlər keçirəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir