Qaribaşvili: Azərbaycan-Ermənistan dialoquna böyük nikbinliklə baxırıq

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə hazırdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

“Biz həmişə bütün region ölkələrinin və xalqlarının xeyrinə olacaq davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olmuşuq. Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə baxırıq. Ümid edirəm ki, ölkələr tezliklə sülh sazişi imzalayacaqlar. Bu razılaşma, şübhəsiz ki, regionda sülhü möhkəmləndirəcək”, – İrakli Qaribaşvili vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir