“Qalatasaray” “Benfika”nın futbolçusunu icarəyə götürdü

Türkiyə “Qalatasaray”ı heyətini yeni futbolçu ilə gücləndirib.

“AZİNFORMASİYA.AZ” “A Bola” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb.

“Cim-Bom” 23 yaşlı oyunçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Jedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında “Qalatasaray”da keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir