Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək

Qəzza zolağının yenidən qurulması 30-40 milyard dollara başa gələcək.

 

Azinformasiya.az AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) hesablamalarında qeyd olunub.

Hesablamalara əsasən, İsrailin hücumu nəticəsində böyük ziyan dəymiş Qəzzanın yenidən bərpası üçün 30-40 milyard dollar tələb olunacaq və hətta Qəzzada müharibə bu gün başa çatsa belə, İsrailin havadan və qurudan hücumları nəticəsində dağılan bütün evlərin bərpası 2040-cı ilə kimi çəkəcək.

“Dağıntının miqyası çox böyükdür və misilsizdir”, – BMT Baş katibinin müavini Abdullah əl-Dərdari deyib. Onun sözlərinə əsasən, bu, qlobal ictimaiyyətin İkinci Dünya müharibəsindən bəri üzləşmədiyi bir missiyadır.

Qeyd edək ki, BMTİP və Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının yeni hesabatına əsasən, Qəzzada ən azı 370 min yaşayış məntəqəsi zədələnib, eləcə də 79 mini tamamilə dağılıb. Qəzzada bütün evlərin 60-70%-i və Qəzzanın şimalındakı evlərin 84%-ə qədəri ya tamamilə dağılıb, ya da qismən zədələnib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir