Qətər XİN: Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Qətərdə olduğu təsdiqlənib.

 

Azinformasiya.az “Al Jazeera“yə istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nümayəndələrinin paytaxt Dohada olduğunu, ancaq İranla birbaşa danışıqlar aparmayacaqlarını bildirib.

Onun sözlərinə əsasən, Uitkoff və Kuşner vasitəçilərlə görüşərək, danışıqlar prosesinin inkişafını müzakirə edəcəklər.

Qətər XİN-in sözçüsü, həmçinin qeyd edib ki, İrana məxsus dondurulmuş 6 milyard dollarlıq vəsait hələ ki Tehrana qaytarılmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir