Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.
Azinformasiya.az xəbər verir ki, hadisə Nic qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Arvid Meştari idarə etdiyi “VAZ 2107” markalı avtomobillə piyada, 1929-cu il təvəllüdlü Arşalus Leyliyanı vurub. Qadın aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az