İsmayıllıda ana və övladları zəhərlənib

İsmayıllı rayonunun Mollaisaqlı kəndində zəhərlənmə hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, kənd sakinləri – 1962-ci il təvəllüdlü Ağakişiyeva Solmaz Bayram qızı və övladları – 1996-cı il təvəllüdlü Şəhlalı Bəhman Tofiq oğlu, 1994-cü il təvəllüdlü Şəhlalı Lazım Tofiq oğlunun axşam yeməyindən sonra halı pisləşib, onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.

Təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılan ailə üzvlərinin qarpızdan zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir