Putinlə Tokayev arasında telefon danışığı olub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Adminstrasiyası məlumat yayıb.

Liderlər ticarət, energetika, logistika məsələlərini müzakirə ediblər.

Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlətlərin başçılarının iyul ayında Astanada keçiriləcək iclasının mövzuları müzakirə olunub.

Putin və Tokayev xarici liderlərlə son təmasların nəticələrinə görə qiymətləndirmələr mübadiləsi aparıblar.

Danışıqlar zamanı Rusiya-Qazaxıstan münasibətlərinin hərtərəfli möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir