Putin və Tramp ABŞ prezidentinin inauqurasiyasından sonra yalnız bir dəfə danışıblar

Rusiya Prezidenti Vladimir Putin Donald Trampla o, 2025-ci ilin yanvarında ABŞ prezidenti vəzifəsinə başlayandan bəri yalnız bir dəfə telefonla danışıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Putinlə Tramp arasında telefon təmasları tez-tez olmur.

“Əslində, bu prezidentlik iterasiyası zamanı onların yalnız bir söhbəti olub”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Putin və Tramp arasında Kremlin bildirdiyi sonuncu telefon danışığı fevralın 12-də baş tutub. Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, eləcə də təmasların davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir