Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

Rusiya prezidenti Vladimir Putin gecə yarısından başlayaraq üç gün ərzində Kiyevə zərbə endirməməyi əmr edib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, zərbələrin müvəqqəti dayandırılması Ukrayna paytaxtında amerikalı danışıqçılar Stif Uitkoff və Cared Kuşnerlə görüşlərə hazırlıq və keçirilməsi ilə əlaqədardır.

Peskov Rusiya prezidentinin bu gün hər iki nümayəndəni qəbul edəcəyini də söyləyib.

Qeyd edək ki, Ukrayna 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək atəşkəs elan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir