Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, liderlər arasında müzakirə mövzuları çox müxtəlif ola bilər, ancaq görüş “hər halda maraqlı olacaq” və dünyanın diqqətini cəlb edəcək.
Qeyd edək ki, 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində Rusiya, Çin və ABŞ liderlərinin görüşü planlaşdırılır. Kreml və Pekin üçtərəfli görüşə hazırlıq getdiyini təsdiqləyib.
Azinformasiya.az