Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş keçirib.
Azinformasiya.az xəbər verir ki, prezident müdafiə nazirindən Sakit Okean Donanmasının yoxlamasının gedişatı barədə məlumat verməyi xahiş edib.
Putin hazırda Silahlı Qüvvələrin, ilk olaraq, Ukrayna istiqamətində istifadəsi üçün aydın prioritetlər olduğunu, lakin heç kimin donanmanın inkişafı vəzifəsini ləğv etmədiyini bildirib.