Putin: “Rusiya üçün qeyri-dost ölkələr yoxdur, dost olmayan elitalar var”

Rusiya üçün qeyri-dost ölkələr yoxdur, ancaq bu ölkələrin dost olmayan elitaları var.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinin mədəniyyət işçiləri ilə görüşündə deyib.

“Bizim qeyri-dost adlandırdığımız ölkələrin belə bu gün çoxsaylı nailiyyətləri var. Bizim qeyri-dost ölkələrimiz olmasa da, bu ölkələrdə bizə dost olmayan elitalar var”, – deyə Putin vurğulayıb.

Rusiya prezidenti, həmçinin qeyd edib ki, Avropa mədəniyyətində yaxşı cəhətlər çoxdur, ancaq hazırda bu ölkələrin həyatında çoxsaylı problemlər də var.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir