“Oreşnik” sistemi nüvə başlıqları ilə təchiz edilə bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə əsasən, Rusiya “Kinjal” sistemini, qeyri-nüvə versiyasının dəqiqliyini artırmağı davam etdirir.
Rusiya Prezidenti “Poseydon” və “Burevestnik” sistemləri üzərində işin son mərhələdə olduğunu qeyd edib.
“Sarmat”ın dünyanın ən güclü raket sistemi olduğunu deyən Putin vurğulayıb ki, onun ümumi döyüş başlığı istənilən oxşar sistemdən dörd dəfə çoxdur.
O həmçinin qeyd edib ki, “Sarmat”ın mənzili, suborbital trayektoriyası sayəsində 35 min kilometri keçir və dəqiqliyi ikiqat artırılıb.
Azinformasiya.az