Rusiya Prezidenti Vladimir Putin İranın Kerman əyalətində baş verən terror aktı ilə bağlı başsağlığı verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik və bu bəlaya qarşı barışmaz mübarizəyə sadiq olduğumuzu təsdiqləyirik”, – Rusiya dövlət başçısı vurğulayıb.
Azinformasiya.az