Putin Baykal-Amur magistralının 50 illiyi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib

Baykal-Amur magistralının 50 illiyi münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Heydər Əliyev hər şey edib ki, bu vacib layihə həyata keçsin.

 

Azinformasiya.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Vladimir Putin deyib ki, Heydər Əliyev xüsusi şəxsi keyfiyyəti və bacarığı ilə bu layihənin həyata keçməsində mühüm rol oynayıb:

“Mən bu gün görüşdə iştirak edənlərdən xahiş edirəm ki, Heydər Əliyevin bu sahədəki fəaliyyəti ilə bağlı xatirələrini bölüşsünlər”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir