Prezident: “Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib”

Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub.

“AZİNFORMASİYA.AZ”ın xəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Daha sonra dövlət başçısı Zəngilan rayonu üzrə işğaldan azad edilən əraziləri sadalayıb: “Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir