Prezident Litva Baş nazirinə Ermənistanla münasibətlərin normallaşdırılması haqqında məlumat verib

Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Respublikasının Baş naziri xanım İnqrida Şimoniteyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verib.

 

Azinformasiya.az xəbər verir ki, dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üzrə beş prinsip təqdim olunub.

Həmçinin Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib.

Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir