Prezident İlham Əliyev Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

 

Azinformasiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Prezident İlham Əliyev Atatürk küçəsinin lövhəsinin açılışını etdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir