Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib, bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bildirib.
Dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, bu səfərin yaxşı nəticələr verdiyini, Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib. Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını deyən Azərbaycan Prezidenti əlaqələrimizin gündəliyinin genişləndiyini bildirib, bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğulayıb.