Prezident Alimpaşa Məmmədovu işdən azad etdi

Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

AZİNFORMASİYA.AZ-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, aprelin 26-da hüquq-mühafizə orqanları tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin, o cümlədən A.Məmmədovun saxlanıldığı bildirilir.

A.Məmmədov 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir