İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkəsinin regionda gərginlik və qeyri-sabitliyin genişlənməsində maraqlı olmadığını bildirib.
Azinformasiya.az xəbər verir ki, Pezeşkian bu gün İranda Ailə Həkimi proqramının ikinci mərhələsinin açılış mərasimində çıxışı zamanı regiondakı vəziyyət barədə danışıb.
O, qarşı tərəflərin İranın inkişaf prosesinə mane olmağa çalışdığını deyib.
Azinformasiya.az