Paşinyan II Qareginə cavab verib: Əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, onun Allahla münasibətləri pisdir

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə cavab verib.

 

Azinformasiya.az xəbər verir ki, Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib ki, əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, onun Allahla münasibətləri pisdir.

“Çox tez-tez hökumətin kilsə ilə münasibətlərini pis və ya problemli kimi təqdim etmək istəyirlər. Səs-küylü bir açıqlama verəcəyəm: əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, kilsənin Allahla münasibətləri pisdir. Bu, xristian baxışına görə belədir”, – Paşinyan vurğulayıb.

Ermənistanın Baş naziri kilsənin öz mahiyyəti barədə düşünməli olduğunu qeyd edib.

Qeyd edək ki, II Qaregin dünən bildirib ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında əməkdaşlıq lazımi səviyyədə deyil.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir