Paşinyan: Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq

Hazırda hökumətdə kadr dəyişikliyi nəzərdə tutulmur.

 

Azinformasiya.az  verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə deyib.

Bununla yanaşı, Baş nazir digər idarəetmə səviyyələrində yeni təyinatların olacağını açıqlayıb.

O, eyni zamanda bu gün Ermənistan parlamentinin spikerinin seçiləcəyini bildirib: “Spiker gizli səsvermə yolu ilə seçiləcək”.

Baş nazir mümkün təyinatlar və namizədlərlə bağlı əlavə təfərrüat verməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir